
Arxeoloqlar Yunanıstanda maraqlı tapıntıya rast gəliblər.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Küveyt universitetinin bir qrup arxeoloqu Yunanıstanda yerləşən Afon dağındakı pravoslav məbədlərində maraqlı tapıntılara - ərəb dilində qədim əlyazmalarına rast gəlib. Tapıntıların İslamın inkişaf dövrünə aid olduğu qeyd edilir.
Aşkar edilmiş əlyazmaları İslamın “qızıl əsrinə” aiddir. Bu isə təqribən VIII-XIII əsrlər deməkdir. Onlar gündəlik hadisələr, elmi müşahidələr, dini işlərlə bağlı müxtəlif mövzular barədədir.
Arxeoloqlar kəşfi, İslam tarixini öyrənənlər üçün “çox mühüm orientir” adlandırıblar.
Qrup üzvlərindən birinin - doktor Əbdülhadi əl-Əcminin sözlərinə görə həmin əlyazmaların Yunanıstana nə cür gəldiyi hələ müəyyən edilməyib.