
Bu gün səhər saatlarında İraq ordusu və “Haşti Şabi” Kərkükün Havice və Şirkat bölgələrində əməliyyata başlayıb.
Ahlibeyt.az-ın Report-a istinadən xəbər verir ki, rəsmi Bağdadın “referendum”dan əvvəl Kərkükə hərbi müdaxilə edəcəyi ehtimal edilir.
Qeyd edək ki, İraqın şimalındakı yerli hökumət sentyabrın 25-də “müstəqillik haqqında” referendum keçirməyi planlaşdırıb. Onlar bu “tədbirdə” Kərkükün də iştirakına çalışırlar. Türkiyə, İran, ABŞ, Britaniya, Rusiya, Farnsa, rəsmi Bağdad “referendum”a qarşı çıxış ediblər.
Qeyd edək ki,İraq könüllü xalq birləşmələri "Həşdi-Şəbi"nin baş qərərgah komandirləri Kərkükdə yarana biləcək gərginliklə bağlı şəhərə gəlmişlər.