
Suriya rəsmi qaynaqlarının yaydığı xəbərə görə,nəzarətə götülmüş hava limanına artıq ilk təyyarə enib.
Suriya ordusu Deyr əz-Zor şəhərinin hava limanında təhlükəsizliyi bərpa edib.
Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, "Sputnik"ə açıqlama verən mənbə həmçinin hava limanından olan uçuşların da təhlükəsizliyinin təmin edildiyini bildirib.
Onun sözlərinə görə, Suriya ordusu və onun mütəffiqləri İŞİD terrorçularını Deyr əz-Zor hava limanından bir neçə mil uzağa qovub.
“Terrorçular ərazidən 10 km uzaqlaşdırılıb. Hazırda hava limanı təyyarələri qəbul edə bilir", - deyə mənbə bildirib.