15 Sentyabr, 2017
BMT-nin Baş katibi: Arakanlı müsəlmanlara qarşı zorakılıq qəbuledilməzdir

BMT-nin Baş katibi Antonio Quterreş Myanmada arakanlı müsəlmanlara qarşı zorakılığın qəbuledilməz olduğunu deyib.

Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Myanma rəsmilərinə hərbi əməliyyatları dayandırmaq, şiddətə son vermə və humanitar yardımlara icazə vermə çağırışı edən Quterreş BMT Baş Assambleyasının 72-ci sessiyası öncəsi keçirdiyi mətbuat konfransında bildirib:

"İndi regiondakı qeyri-sabitlik Myanmanın sərhədlərinin fövqünə qalxıb. Humanitar vəziyyət fəlakət içindədir. Keçən həftə Banqladeşə qaçan 125 min arakanlı qaçqın var. Bu say artıq üç dəfə artıb 380.000-ə çatıb.

Arakan Qurtuluş Ordusu tərəfindən edilən hücumları pislədim, ancaq Rakhine əyalətində təhlükəsizlik qüvvələrinin mülki sakinlərə qarşı təşkil etdiyi hücumlar qətiyyən qəbul edilə bilməz."

BMT-nin yardım qurumları və beynəlxalq qeyri-hökumət təşkilatlarının humanitar yardım səylərinin da hadisələr səbəbilə zərər gördüyünü bildirən A.Quterreş - "Myanma rəsmilərini hərbi hərəkatları təxirə salmağa, zorakılığı sona çatdırmağa, hüququn üstünlüyünü qorumağa və ölkədən ayrılmaq məcburiyyətində qalan hər kəsin geri qayıtmaq hüquqlarını tanımağa çağırıram", deyə əlavə edib.




Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7355.html