
Dünən gecə Məhərrəm və Səfər aylarının bitməsiləəlaqədar olaraq Hz.İmam Hüseynin(ə) və Hz.Abbasın(ə) hərəmlərinin qara bayraqları qırmızı bayraqla əvəzlənib.
Xatırladaq ki, hər il Məhərrəm ayının daxil olması münasibətilə Beynul-Hərəmeynin qırmızı bayraqları qara bayraqlarla əvəzlənir.
Qeyd edək ki, Beynul-Hərəmeynin üzərində qırmızı bayrağın dalğalanmasının mənası Şəhidlər Sərvərinin hələ də qanının intiqamının alınmaması ilə bağlıdır. Və rəvayətlərə görə, Hz.İmam Hüseynin(ə) intiqamı Hz.İmam Zaman(ə.f) zühur edəndən sonra o Həzrətin əli ilə alınacaqdır.