
İraq könüllülərindən formalaşdırılan Haşdi-Şabi briqadasının İŞİD-ə əsir düşmüş iki döyüşçüsü edam edilib.
Ahlibeyt.az-ın məlumatına görə,Salamnews -un İraq medisasına istinadən verdiyi xəbərə əsasən, İŞİD terrorçuları Tikrit şəhərində əsir götürülən iki Haşdi-Şabi döyüşçüsünü edam ediblər.
Məlumata görə, bir müddət öncə İŞİD terrorçuları tərəfindən əsir götürülən Haşdi-Şabi döyüşçüləri Heydər Əbdul Baqi və Kazim Davud bu gün Tikritdə edam edilərək şəkilləri paylaşılıb.
Məsələ ilə bağlı açıqlama yayan İraq ordu qüvvələri komandanlığı, tezliklə Tikritdə İŞİD terrorçularına qarşı əməliyyat keçirəcəklərini bəyan edib.