12 Sentyabr, 2017
Mosul düşərgələrində İŞİD-çilərin ailə üzvləri olan Azərbaycanlı qadınlar da saxlanılır

İraq hökuməti böyük əksəriuyyətinin xarici vətəndaşlar olduğu İŞİD silahlılarının 1400 nəfər  arvad və uşaqlarını Mosul yaxınlığındakı düşərgəyə yerləşdirib.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə FHA xəbər yayıb.

Açıqlamada bildirilir ki, düşərgəyə yerləşdirilənlər arasında  Rusiya, Türkiyə , Orta Asiya, Azərbaycan və Avropa ölkələrinin vətəndaşları var. Onların əksəriyyəti avqustun 30-da düşərgəyə gətirilib.

Saxlanılanların İraq ordusunun Mosul və Təl-Afər əməliyyatlarından sonra ələ keçirildikləri bildirilir və xarici vətəndaşların böyük əksəriyyətinin Türkiyə üzərindən İraqa keçdiyi təsbit olunub.

İraq kəşfiyyatının məlumatına görə, hazırda  düşərgədə yerləşdirilən şəxslərin milliyyəti müəyyənləşdirilir, çünki bir çox qadınların öz üzərlərində sənədləri olmayıb.

Təhlükəsizlik Xidmətinin nümayəndələri bildiriblər ki, vətəndaşların öz ölkələrinə qaytarılması üçün səfirliklərlə danışıqların getdiyi müddətdə, hökumət ailələr üçün təhlükəsiz yer axtarırlar.

Saxlanılanlar hazırda xüsusi nəzarət altındadır və onlara ərazini tərk etmək qadağan olunub.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7342.html