
“Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı üç ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından önəmlidir”.
Ahlibeyt.az-ın məlumatına görə,bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualının cavabında bildirib.
B.Qasimi deyib ki, İranla Azərbaycan, İranla Rusiya və Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafına diqqət artırılacaq: “Görüşdə Ölkələrin bir-birinə daha yaxın olan sahələrdə əməkdaşlıq prespiktivləri müzakirə olunacaq. Toplantıda üç ölkə prezidentinin regional və beynəlxalq məsələləri də müzakirə edəcəyi gözlənilir”.
XİN sözçüsü toplantının tarixini açıqlamayıb.