11 Sentyabr, 2017
Nardaran hadisələrinə görə həbs edilmiş 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb

Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu vaxtından əvvəl azadlığa buraxılıb

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7335.html