
ABŞ və başçılıq etdiyi koalisiya qüvvələri Suriya ərazisini dağıtmağa,aviazərbələrlə dinc əhalini və ölkənin iqtisadi infrastrukturunu məhv etməyə yönəlib.
Ahlibeyt.az-ın verdiyixəbərə görə,bunu Al-Mayadin-ə verdiyi müsahibəsində Suriya xarici İşlər nazirinin birinci müavini Feysal Miqdad bildirib.
O qeyd edib ki,ABŞ hərbi kontingentinin Suriyada mövcudluğu qeyri-qanuni və qəbuledilməzdir,eyni zamanda bu addım Suriya dövləti ilə razılaşdırılmadan həyarta keçirilib.
XİN rəsmisi bildirib ki,ABŞ koalisiyası Suriyada dinc əhaliyə qarşı və ölkə infarasturukturunun məhv edilməsinə yönəlib:"Tərədilənlər Suriya xalqının deyil terrorçuların maraqlarına xidmət edir.Terror qrupları ilə döyüşmək istəyənlər öz addıdmlarını Suriya hökuməti ilə kordinasiya etməlidirlər".
F.Miqdad bildirib ki, Hazırda Deyr-Əz Zor uğrunda döyüşlər terrorçulara qarşı aparılan sonuncu böyük əməliyyatdır - Bu şəhər İraqla sərhəddə yerləşir və bu səbəbdən ordunun apardığı əməliyyat İŞİD-in demək olar təmamən məhvini yaxınlaşdırır.
Qeyd edək ki,ABŞ Suriyanın şimal-şərqindəki Xasaka əyalətində 3 və kobanidə bir hərbi baza yaradaraq Suriya müxalifət qüvvələrinə (SAO) 1500 xüsusitəyinatlıların və aviasiyanın koməkliyi ilə yardım edir.Hazırda SAO deyr-əz Zorun şərq hissəsində İŞİD-ə qarşı əməliyyat keçirir.