
Elmi və iqtisadi cəhətdən inkişaf etmiş İslam ölkələri sırasından G-20 analoqu tipli yeni qrum yaradılmalıdır.
Ahlibeyt.az-ın Tass-a istinadən məlumaına görə,bu təkliflə Qazaxstan prezidenti Nursultan Nazarbayev İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Astanada keçirilən Elmi-Texnoloji sammitində çıxış etmişdir.
N.Nazarbayev çıxışı zamanı qeyd etmişdir ki,İqtisadi və iqtisadi göstəricilərinə görə inkişaf etmiş 15 İslam ölkəsi sırasından G-20 tipli qrupun analoqu yaradıla bilər.
"Bizim üçün elmi-texnoloji yüksəlişin təmin olunması olduqca əhəmiyyətlidir.Mən düşünürəm ki,bunun üçün biz G-20 tipli forumun İslam ölkələrindəki qeyri-rəsmi qrupunu yarada bilərik. "İslam Əməkdaşlıq Təşkilatı" tərkibindəki ölkələr arasından OİC-15(İƏT-15) qrumu formalaşdırılmalıdır."- deyə Qazaxıstan prezidenti təklif edib.
N.Nazarbayev qeyd edib ki,müasir dövrün inkişafına cavab verə biləcək şuranın yaradılması üçün İƏT tərkibində konkret plan işlənib hazırlanmalıdır və bunun üçün bunun üçün elmi-innovasiyalar fondunun yaradılması məqsədəuyğun hesab edirəm.
Qeyd edək ki, Qazaxstan paytaxtı Astanada keçirilən İƏT elmi-texnoloji birinci sammitində dövlət və hökumət başçıları iştirak edir.