
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyaya səfərə gedib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,QMİ-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumatına əsasən, səfər çərçivəsində A.Paşazadə ilə bütün ermənilərin katalikosu II Qaregin arasında görüş keçiriləcək.
Görüş bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə keçiriləcək.
Sentyabrın 8-də baş tutacaq görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq.