
Bəhreyndənn verilən xəbərlərə görə, bu gün səhər Ali Xəlifə polisi Ali Səud hərbçilərinin dəstəyilə Ali məntəqəsinə hücum ediblər.
Hücum nəticəsində onlar etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə ediblər ki, nəticədə 65 yaşlı Hacı Səid Əli əl-Əskəri zəhərlənərək şəhid olub.
Digər şəhid isə Abbas Cəfər əş-Şeyx adında cavan oğlandır ki, iki aya yaxın idi ki, Ali Xəlifə polisinin etiraz aksiyalarını dağıtdığı zaman istifadə etdiyi zəhərli qazlardan zəhərlənmişdi və müalicə alırdı. Bu gün səhər o da dünyasını dəyişib.
Beləliklə, Bəhreyn inqilabçılarının şəhid sayı 63-ə yüksəlmiş oldu.