
Nəcəfdə İmam Əlinin(ə) müqəddəs hərəmi yaxınlığında İran islam respublikasının qurucusu Ayətullah Müsəvi Xomeyni adına dini elmlər mərkəzi təsis olunacaq.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, bunu İmam Xomeyninin əsərlərinin tənzimlənməsi və nəşri müəssisənin sədr müavini Əli Komsari deyib.
Ə.Komsari bildiriib ki, İmam Xomeyni adına kitabxana və muzeyin binası da tikilməkdədir ki, ilin sonunadək bu layihənin birinci fazası istifadəyə veriləcək.Kitabxana və muzey Tehranda İmam Xomeynin(r.ə) hərəmi yaxınlığında 15 min kvadrat metr ərazidə tikilməkdədir.
Məlumata görə, həmçinin“İmam Xomeyni ensiklopediyası” nəşr olunacaq.Ensiklopediyada din aliminin həyatı, mübarizəsi və əsərləri yer alacaq.