7 Sentyabr, 2017
Azərbaycanlı zəvvarların Həcc ziyarətindən qayıdış vaxtı açıqlanıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların geri dönüş qrafikləri müəyyənləşib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Həcc missiyasından APA-ya verilən məlumata əsasən, azərbaycanlı zəvvarların ilk qrupları Mədinə şəhərindən Bakıya sentyabrın 12-də, növbəti qruplar isə sentyabrın 13-ü, 14-ü və 15-i dönəcək.

O da bildirilib ki, hazırda ziyarət əməllərin yerinə yetirən zəvvarlar sabahdan Mədinə şəhərinə gəlməyə başlayacaqlar.

Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, Azərbaycandan 900 zəvvarHəccə gedib. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedib. Uçuşları AZAL həyata keçirir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7316.html