5 Sentyabr, 2017
Təlafər əməliyyatında təslim olan IŞİD-çilərin sayı açıqlandı

İraq polisinin bir rəsmisi Talafar əməliyyatına təslim edilmiş xarici vətəndaşların sayını açıqlayıb

Ahlibeyt.az-ın  Tasnim-ə istinadən məlumatına görə, İraq polis qüvvələrindən bir səlahiyyətli nümayəndəsi açıqlama verərək bildirib ki, əməliyyat zamanı xarici vətəndaşlığı olan 1300 İSİD terrorçusu İraq ordusuna təslim olublar.

Hazırda onlar Mosulun cənubundakı Hammam Al-Alil hərbi bazasında saxlanıldılar.

Təhlükəsizlik rəsmisi bildirib ki, terroristlərin əksəriyyəti Çeçen, Əfqanıstan, Rusiya, Fransa  və İngilis vətəndaşlarıdır.

Təlafər əməliyyatı komandiri də döyüşlər zamanı 2-dən çox İSİD terrorçusunun məhv edildiyini bildirib.

Qeyd edək ki,sosial şəbəkələrdə yayılmış bəzi videogörüntülərdə Tələfər əməliyyatı zamanı həbs olunanlar arasında bir neçə terrorçu Azərbaycandan olduqlarını bildiriblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7312.html