5 Sentyabr, 2017
Azrbaycan XİN: Myanmada müsəlmanlara qarşı kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik

Azərbaycan Xarici işlər Nazirliyindən Myanmada müsəlmanlara qarşı törədilər qətliamlarla bağlı açıqlama verilib.

Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumata görə,bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

"Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik.

Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik".

Qeyd edək ki,son günlər Myanmada hərbçilər və yerli sakinlər tərəfindən dinc müsəlmanlara qarşı olan təzyiq və qətliamlar kəskin şəkildə artmışdır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7311.html