19 Avqust, 2017
Türkiyə prezidenti Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana səfər edəcək.

Ahalibeyt.az-ın  “Sputnik”ə istinadən məlumatına görə, Ərdoğan avqustun 21-də İordaniyaya, sentyabrın 8-10-u Qazaxıstana, 10-11-i isə Azərbaycana gələcək.

Türkiyə prezidenti daha sonra 19-25 sentyabrda Nyu Yorkda keçirilməsi nəzərdə tutulan BMT Baş Assambleyasının toplantısına qatılacaq.

R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı hansı mövzuların müzakirə ediləcəyi açıqlanmayıb.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7304.html