18 Avqust, 2017
“Əl-Hərəm” sənədli filmi sentyabr ayında nümayiş olunacaq - Video

Kəbə evi əməkdaşları islam mənəviyyatı əsasında film hazırlayıblar.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews islam media mənbələrinə istinadla xəbər verir ki, yeni film miqyasına görə orijinal kino lenti hesab edilir. Ekran əsərinin ssenari müəllifi və rejissoru britaniyalı Əbrar Hüseyndir.

Film 1 milyon Səudiyyə rialına (227 min ABŞ dolları) başa gəlib.

Filmlə bağlı mülahizələrində Əbrar Hüseyn deyib: ”Bu film qeyri-müsəlman zümrə üçün nəzərdə tutulub. Məqsəd müqəddəs Məkkənin nüfuzunu, islamın gözəlliyini göstərməkdir. Çalışmışıq ki, filmə baxan qeyri-müsəlmanlar islam barədə qoy deyə bilsinlər: necə də gözəl və sülhsevər dindir”!

Sənədli film əvvəl kino festivallarında nümayiş olunacaq, sonra isə televiziya kanallarında göstəriləcək.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7299.html