17 Avqust, 2017
İslam dininə hörmətsizlik edən Avstaraliyalı deputat cavabını aldı - Video-Foto

Avstraliyada millət vəkilinin parlamentdə etdiyi hərəkat dünyanın gündəm mövzusuna çevrilib.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, "Bir millət" partiyasının təmsilçisi senator Paul Hanson parlamentə niqabla gələrək bu geyimin həm parlamentdə, həm də ölkə daxilində qadağan edilməsini tələb edib.

P. Hansonun bu hərəkətinə İşçi Partiyasının üzvləri etiraz edib.

Parlament spikeri Stefan Parridir, "Heç kimin geyiminə qarışa bilmərik"- deyə bildirib.

Baş prokuror Corc Brendis parlamentdə söz alaraq bildirib ki, "Bu etdiyiniz hərəkəti görməzdən gəlməyəcəm. Bəli, hamımız bilirik ki, siz İslam inancına qarşı tolerant deyilsiniz, amma digər avstraliyalıların dini hisslərini təhqir edə bilməzsiniz."

Baş prokurorun bu sözləri təmsil etdiyi partiyanın üzvləri tərəfindən alqışlarla qarşılanıb.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7297.html