
Rusiyanın paytaxtı Moskvada oktyabrın 8-də Beynəlxalq Quran Bayramı təşkil olunacaq.
Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, bayram çərçivəsində Moskvanın “Krokus Siti Holl” кonsert zalında 18-ci Beynəlxalq Quran tilavətçiləri müsabiqəsinin final mərhələsi reallaşacaq.
Tədbirdə 32 ölkənin təmsilçiləri arasında fərqlənən 5 nəfər qalib adı uğrunda yarışacaq.
Bayramın yekun mərhələsinin proqramına, həmçinin ustad dərsləri, mühazirələr, halal nemətlərin dequstasiyası, “qılıncla tamaşa” və s. daxildir.