15 Avqust, 2017
Həcc karvanları Məkkəyə daxil olmağa başladı

Səudiyyə Ərəbistanı ilk zəvvarları qəbul etməyə başlayıb.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı Həcc əməllərini yerinə yetirmək üçün bu ölkəyə gələn zəvvarları qəbul etməyə başlayıb. Bildirilir ki, hazırda hava və quru yolları ölkəyə yarım milyona yaxın insan daxil olub.

Səudiyyə Ərəbistanı Pasport Nəzarəti İdarəsi qeyd edib ki, hava yolları ilə 445390 nəfər, quru yolu ilə isə təxminən 2 min nəfər ölkəyə daxil olub. Bu ötən ilin analoji tarixinə olan göstəricilərindən 13 faiz çoxdur.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7293.html