
Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən əməliyyat çərçivəsində son bir həftə ərzində 43 terrorçu məhv edilib.
Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Mәlumata əsasən, 7-14 avqust tarixlәrində PKK-ya qarşı 201 әmәliyyat keçirilib. Әmәliyyatlar nәticәsindә terror tәşkilatına yardım etmәkdә şübhәli bilinәn 319 nәfәr saxlanılıb, həmçinin İŞİD vә FETÖ ilә әlaqәdә şübhәli bilinәn 357 nәfәr tutulub.