12 Avqust, 2017
İƏT Gənclər Forumunun sədri Elşad İsgəndərova ağır itki üz verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, hazırda İslam Konfransı Gənclik Forumunun sədri, fövqəladə və saləhiyyətli səfir Elşad İskəndarovun atası Hüseyn İsgəndərov ötən gecə vəfat edib.

İstanbulun Halkalı rayonunda yerləşən Zeynəbiyyə məscidində cümə namazından sonra mərhum üçün cənazə namazı qılınıb.Mərhumun cənazəsi bu gecə Azərbaycana gətirilib, Bakıda dəfn olunacaq.Mərasimdə Türkiyə və Azərbaycandan bir sıra rəsmilərin də iştirakı gözlənilir.

Mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik

.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7288.html