10 Avqust, 2017
Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri vəzifəsinə Nihat Hatipoğlu təyin edilə bilər

Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görmezin təqaüdə çıxmasından sonra bu vəzifəyə ölkənin ən məşhur illahiyyatçılarından biri professor Nihat Hatipoğlu təyin edilə bilər.

Ahlibeyt.az-ın məlumatına görə,SalamNews-un “Sputnik"ə istinadla verdiyi əsasən, bunu ölkənin əsas müxalifət partiyası olan CHP-nin İstanbul millət vəkili Barış Yarkadaş açıqlayıb.

Onun sözlərinə əsasən, prezident Rəcəb Tayyib Ərdoğan N.Hatipoğlunu bu vəzifəyə təyin etmək istəsə də, M.Görmez və onun komandası bu fikrə qarşı çıxırdı.

Bildirək ki, baş nazir Binali Yıldırım M.Görmezin təqaüdə çıxmaqla bağlı istəyini təmin edib və M.Görmez avqustun 1-də təqaüdə çıxıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7282.html