
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ahlibeyt.az-ın Tasnim-ə istinadən məlumatına görə,M.C. Zərif bildirib ki, İran və azərbaycan arasında əlaqələr ən yüksək səviyyədə qurulub. İki ölkə prezidentləri arasında dəfələrlə görüş keçirilib və bu münasibətlər daha da yaxınlaşdırılmalıdır.
İran Xin rəhbəri bildirib ki,Azərbaycanın inkişafı və sabitliyi,İranın inkişafı və sabitliyi kimi qəbul edilməlidir.
Görüş zamanı QMİ sədri Allahşükür Paşazadə iki ölkə arasında olan münasibətlərə toxunaraq bundan sonra inkişaf etdirilməsini qeyd edib.