
Bəhreyndən verilən məlumatlara görə, bu ölkənin baş nazirinin adamları kimi tanınan və özlərini "Əbnaul-Fatih"(Fatehin övladları) adlandıran muzdurlar Ali Xəlifəyə etiraz edənləri qətlə yetirəcəklərini bildiriblər.
Paltarlarının sinəsində baş nazir Xəlifə bin Salman Ali Xəlifənin şəklinin olması ilə seçilən muzdurlar həmçinin Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimi də qətlə yetirəcəklərini açıqlayıblar.