7 Avqust, 2017
Əfqanıstanda silahlıların hücumu nəticəsində 50 nəfər ölüb

Əfqanıstanın şimalında silahlılar Sarı-Pul kəndinə hücum edərək 50-dən çox dinc sakini qətlə yetiriblər.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Reuters agentliyi məlumat yayıb.

 

Məlumata görə, ölənlərin əksəriyyətinin dinc sakinlər olduğu bildirilir. İnsident zamanı Əfqanıstan ordusunun 7 hərbçisi həlak olub, bir neçə silahlı məhv edilib.

 

Hücumun İŞİD və Taliban silahlılarının birgə həyata keçirdiyi barədə məlumat verilsə də sonradan Taliban tərəfindən hücumda iştirak olunması təkzib olunub.

 

Digər təfərrüatları barədə hələ ki, məlumat verilmir. Hücumun kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7268.html