6 Avqust, 2017
Qazaxıstanda islam maliyyəsinin inkişafı üçün memorandum imzalanıb

Qazaxıstanın paytaxtı və maliyyə mərkəzi Astanada Qazaxıstan tərəfi ilə Malayziyanın əsas islam maliyyə qurumu arasında islam maliyyəsinin inkişaf etdirilməsinə dair qarşılıqlı memorandum imzalanıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbərinə görə, Astana Beynəlxalq Maliyyə Mərkəzi (AIFC) “Malayziya Debet Missiyası”nın (MDV) dəstəyi ilə ölkədə bu sahənin inkişafına dair portfel hazırlayacaq.

“Belə bir təşəbbüslə biz islam maliyyəsini MDV və AIFC platformaları vasitəsilə daha da genişləndirə və inkişaf etdirə bilərik.”, - deyə imzalanma mərasimində MDV-nin icraçı direktoru Zubir Ənsari Yəhya bildirib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7267.html