
İslam Əməkdaşlıq Təşkilatının sədri statusunda Türkiyə Respublikasının çağırışı və ev sahibliyi ilə Qüdsdəki Əl-Əqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək üçün bu gün İstanbul şəhərində İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikasını xüsusi tapşırıqlar üzrə səfir Şahin Abdullayev təmsil edib. İclasda çıxış edən səfir Şahin Abdullayev Qüds məsələsi və Əl-Əqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkilinə görə Türkiyə Respublikasına təşəkkürünü ifadə edib.