31 İyul, 2017
Səudiyyə Ərəbistanında polis patrulu atəşə tutulub, ölən və yaralananlar var

Səudiyyə Ərəbistanının şərqində polis patrulu naməlum silahlılar tərəfindən atəşə tutulub.

 

Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bu barədə yerli “SPA” agentliyi Səudiyyə Ərəbistanının Daxili işlər nazirliyinə istinadən məlumat verib.

 

Məlumata görə, hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb. İnsidentin iyulun 30-u səhər saatlarında Əl-Qətif şəhəri yaxınlığında baş verdiyi bildirilir. Hadisə ilə  əlaqədar araşdırma aparılır.

 

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanının Dammam şəhərində naməlum şəxslərin polis patrulunu atəşə tutması nəticəsində iki əsayiş keşikçisi ölmüşdü.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7248.html