24 Yanvar, 2012
Vahhabilər Səddamın mavzoleyinin bağlanmasına etiraz edirlər

İraq hökümətinin İraqın keçmiş prezidenti Səddam Hüseynin mavzoleyinin bağlanmasını bildirdikdən sonra Səudiyyə Ərəbistanında nəşr olunan "Səhifətul-Mədinə" və "ər-Riyaz" qəzetləri bu qərara etiraz ediblər.

Onlar Səddamın qəbrinin ziyarət edilməsinin qarşısının alınmasını məhkum edərək Səddamı məzlum adlandıraraq, İraq hökümətindən mavzoleyin qapılarını səddamçıların üzünə açıq qoymağa çağırıblar.

P,S Görəsən Bəqi qəbirstanlığında məsum imamların(ə) qəbirlərini dağıdan və müsəlmanları imamların(ə) qəbirlərini ziyarət etməyə qoymayan vahhabilər nə ağııla öz xalqına düşmən olan və qaniçən diktatorun qəbrinin ziyarət edilməsinə belə təkidlə yanaşırlar?

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-724.html