25 İyul, 2017
Mədinədə 154 kiloqram çəkisi olan Quran nümayiş olunu

Mədinədə Məscidi-Nəbəvinin yaxınlığında təşkil olunan Quran sərgisində dünyanın ən böyük və ağır çəkili Quranı (154 kiloqram) nümayiş olunur.

Ahlibeyt.az-ın Maide.az-a istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın "Sabq” qəzetinin məlumatına görə, bu ağır çəkili Quran nüsxəsi təqribən 200 il öncə Əfqanıstanda Qulam Mohyyiddin tərəfindən yazılıb. Quranın çəkisi ağır olduğu üçün 4 dəvə ilə Əfqanıstandan Mədinə şəhərinə aparılıb.

Quranın uzunluğu 1 metr yarım və eni 1 metrdir. Çəkisi isə 154 kiloqramdır. Hər səhifənin aşağısında Quran ayələrinin fars dilində tərcüməsi qeyd olunub.

Qəzetin məlumatına görə, sərgidə ceyran dərisi üzərində yazılmış çox qədim əlyazma Quran nüsxələri sərgilənir.

Həmçinin sərgidə Hafiz Osmanın əl yazması olan bir neçə Quran nüsxəsi sərgilənir. Bildirilir ki, Hafiz Osman Quranı 106 nüsxədə yazıb və 107-ci nüsxəni yazmağa başlayarkən vəfat edib.

Sərgi 12 pavilyondan ibarətdir. Sərgidə ərəb, ingilis, fransa, fars, urdu, indoneziya, türk, peştu dillərində tərcüməçilər sərgiyə baxış keçirən insanlara sərgi haqqında məlumatlar verir.

Mədinədə 154 kiloqram çəkisi olan Quran nümayiş olunur

Mədinədə 154 kiloqram çəkisi olan Quran nümayiş olunur

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7235.html