
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə.bu barədə DQİDK mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 25-də Lerik şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Lerik rayonu Mədəniyyət Mərkəzində (ünvan:Lerik şəhəri, A.Əsədullayev küç, 22) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Qağayı Məmmədov
Mob: (050) 380-27-43
Telefon: (02525) 5-39-84
e-mail:info@scwra.gov.az