
Səudiyyəli vəhhabi şeyxlərindən olan müfti Əhməd bin Səid Əl-Qərninin rəsmi tvitter hesabında ard-arda yazdığı bir neçə paylaşımı sosial şəbəkələrdə hiddətlə qarşılanıb.
Ahlibeyt.az-ın Tasnim-ə istinadən məlumatına görə, vahhabi müfti əl-Qərni bir neçə paylaşımnada fələstinlilərdən Məscidi-Əqsanı yəhudilərə təhvil vermələrini istəyib və bildirib:
“Əqsa məscidi uğrunda ölmək şəhadət deyil."
Müfti paylaşımın davamında bldirib:
Fələstinlilərin qanı "Məscidi-Əqsadan"dahamı müqəddəsdir? Allahdan qorxun və qan tpkülməsinin qarşısını alın!Kim deyə bilər ki,Məscidi Əqsa yolunda ölmək şəhadətdir!?
Əl-Qarni fələstinliləri öz məcərapərəst rəhbərlərinə itaət etməməyə çağıraraq Fələstin xalqının məğlubiyyətə məhkum olduğunu qeyd edib.
Müfti spzlərinin davamında bildirib ki,Quran və sünnətə görə,ayca az,zəif olduğunuz halda düşmənlə döyüşməlisiniz deyə bir dəlil yoxdur:
Məscidi-Əqsa yəhudilərin deyil, bizimdir- ancaq Allah izn verdikdən sonra bizim olacaq.