
"Rəsmi Paris artıq Suriya prezidenti Bəşər Əsədin getməsində israr etmir, əsas tapşırıq terrorizmin kökünün kəsilməsi olmalıdır."
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews-un RiaNovosti-yə istinadla verdiyi xəbərə əsasən, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə ABŞ-lı həmkarı Donald Trampla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Suriyaya münasibətdə Fransa doktrinasını dəyişmişik. Prinsipial tapşırığımız necə olmalarından asılı olmayaraq terror qruplarının kökünün kəsilməsidir.”, - deyə Fransa lideri söyləyib.