
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun böyük qardaşı Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud 86 yaşında vəfat edib. O, kral Abdullah bin Əbdüləziz əl-Səudun (1875-1953) Hessa əs-Sudairidən (1900-1969) olan yeddi oğlundan biridir.
Ahlibeyt.az-ın Azertac-a istinadən verdiyi xəbərə görə,bu barədə Anadolu agentliyi məlumat yayıb.
Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud ABŞ-da San-Dieqo şəhərində hərbi və Kaliforniya Universitetində iqtisadiyyat fakültəsində təhsil alıb. 1983-2011-ci illərdə Səudiyyə Ərəbistanında müdafiə və aviasiya nazirinin müavini olub.