13 İyul, 2017
Britaniyada radikal cərəyanların yayılmasında əsas səbəb - Araşdırma

“Henry Jackson” araşdırma mərkəzi Britaniyada radial cərəyanların yayılması ilə bağlı  apardığı araşdırmaların nəticəsini açıqlayıb.

Ahlibeyt.az-ın İslamazeri.com-a iatinadən məlumatına görə,aparılan araşdırmalara əsasən, Britaniyada ifratçılığın yayılmasında əsas səbəb Səudiyyə Ərəbistanıdır.

Səudiyyə Ərəbistanında olan bir sıra vətəndaş və xeyriyyə cəmiyyətlərini qeyri-liberal vəhhabiyyət düşüncələrini yaymaqda ittiham edən mərkəz bildirib:

“Bir sıra xarici təşkilatlar maliyyə dəstəyi verərək, ölkədə nifrətə, radikal cəmiyyətlərin yayılmasına səbəb olacaq addımlar atır. Dövlətdən istəyimiz budur ki, Fars körfəzi ölkələrinin, xüsusən Səudiyyə Ərəbistanının bu barədə olan rolunu araşdırsın.”

Səudiyyə Ərəbistanının Londonda olan səfirliyi isə bu araşdırmaların nəticəsinin səhv olduğunu açıqlayıb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7196.html