11 İyul, 2017
Dil və eşitmə qüsuru olanlar üçün ilk islami lüğət hazırlanıb

İmam Hüseyn(ə)ın müqəddəs hərəminin dəstəyi ilə dil və eşitmə qüsuru olan əlillər üçün ilk islami lüğət hazırlanıb.

Ahlibeyt.az-ın Maide.az-a istinadla xəbər verir ki, lüğət iraqlı mütəxəssislər tərəfindən dil və eşitmə qüsuru olanlar üçün işarə dilində hazırlanıb.

Lüğətdə müxtəlif müsəlman ölkələrində bir müsəlmanın gündəlik danışığı zamanı birbaşa və ya dolayısı ilə istifadə etdiyi islami sözlər yer alıb.

Lüğətdə Quran, hədislər, dualar və Əhli-beytin (ə) sirə və bəyanatlarında istifadə etdiyi dini terminlər də yer alıb.

Ötən gün işarə dili ilə hazırlanmış lüğətin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində İmam Hüseynin (ə) hərəminin məsul işçiləri və digər iraqlı rəsmilər iştirak edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7184.html