
Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə məlumat yayıb.
Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Onun sözlərinə görə, yerli vaxtla saat 19:00-da baş tutacaq görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticəyönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.