
İŞİD qruplaşmasından terror təşkilatının rəhbəri Əbu Bəkr əl-Bağdadinin öldüyü barədə açıqlanma verilib.
Ahlibeyt.az-ın Tass-a istinadən xəbərinə əsasən, bu barədə "As-Sumariya” telekanalı İraqın Naynava əyalətindəki yerli mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə əsasən, İŞİD terrorçuları öz liderləri Əbu Bəkr əl-Bağdadinin öldüyü barədə qısa açıqlama verərək yaxın vaxtlarda ”yeni xəlifə”nin adının elan olunacağı ilə bağlı bəyanatla çıxış ediblər.
Xatırladaq ki, bir müddət əvvəl İran KİV-i əl-Bağdadinin ölümünü təsdiqləyən şəkillər yayımlanıb.