
Rusiya mətbuatı xəbər verir ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi "Ekstremist ədəbiyyatların federal siyahısı"nı yeniləyib.
19 yanvar 2012-ci ildə yenilənmiş federal siyahıya Ayətullah Məkarim Şirazinin Qurani-Kərimə yazdığı "Təfsiri-Nümunə" adlı təfsir kitabının 2005-ci ildə İranda rus dilində çap olunmuş 4-cü cildi də salınıb.
Bildirilir ki, Krasnoyarsk şəhərinin mərkəzi məhkəməsinin 30 avqust 2011-ci il qərarına əsasən təfsir kitabının 4-cü cildi ekstremist ədəbiyyat elan edilib.