
Hindilərin islam Peyğəmbərini (ə) təhqir etməsi Hindistan müsəlmanlarının qəzəbləndirib.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, ölkənin Çobis-Parqana bölgəsində yaşayan hinduların sosial şəbəkələrdə İslam peyğəmbərini (ə) təhqir etməsi, müsəlmanların qəzəblənməsinə səbəb olub.
Ölkənin qərbində yerləşən Benqal əyalətinin müsəlmanları hinduların bu addımına etiraz edərək, dərhal üzr istəmələrini tələb ediblər.
Etiraz zamanı müsəlmanlara hücum edən hindular onlarla insanı yaralayıblar. Hadisə nəticəsində müsəlmanların evi və dükanları da yandırılıb.
Təhqirə yol verənlərdən birinin polis tərəfindən saxlanıldığı bildirilir.