
Amerikanın İllinois ştatının Fremont qəsəbəsində Halal yeməklər festivalı keçiriləcək.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, artıq bir neçə ildir ki, halal yeməklər festivalı bu əyalətdə təşkil olunur.
Halal yeməklərə insanların marağı həddən artıq çox olduğu üçün təşkilatçılar hər il bir günlük keçirilən festivalın müddətini bir gün artıraraq 2 gün edib.
Festival iyul ayının 8-9-da keçiriləcək. Festival çərçivəsində müsəlman təşkilatçılar Amerika vətəndaşlarına müxtəlif növ halal yeməklər, o cümlədən kabablar, müxtəlif növ dondurmalar, toyuq yeməkləri, salatlar və s. təqdim edəcək.