5 İyul, 2017
İraqın baş naziri - Hökumət qoşunları Mosulda "böyük qələbə" qazandıb

İraqın baş naziri Heydər əl-Abadi bildirib ki, ölkə qoşunları Mosulda İŞİD terror təşkilatı yaraqlılarını məğlub etməklə "böyük qələbə" qazanıblar.

Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə "Associated Press" məlumat yayıb.

"Bizə Mosulu azad etmək müyəssər oldu. Biz, başqalarının yanıldığını sübut etdik. Mosul sakinləri terrorçuluq ilə mübarizədə bizim təhlükəsizlik qüvvələrini dəstəklədilər", - deyə o əlavə edib.

Baş nazir Bağdadda keçirilən mətbuat konfransında şəhərin dağılmış rayonlarının bərpası ilə bağlı artıq sərəncam verdiyini bildirib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7150.html