
Mərvə Kavakçının Türkiyə vətəndaşlığının ləğv edilməsinə dair Türkiyə Nazirlər Kabinetinin qərarı ləğv edilib.
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, "Rəsmi Qəzet"də dərc olunan Türkiyə Nazirlər Kabinetinin qərarına əsasən, Mərvə Kavakçının Türkiyə vətəndaşlığının itirilməsinə dair 13 may 1999-cu il tarixli TürkiyəNazirlər Kabinetinin qərarı Türkiyə Daxili İşlər Nazirliyinin 12 May 2017-ci il tarixli yazısı üzərinə mayın 26-da Nazirlər Kabineti tərəfindən ləğv edilib.
Bundan başqa, sözügedən qərar 16 may 1999-cu il tarixindən etibarlı olmaq üzrə yayımı tarixində qüvvəyə minməsi qərara alınıb.
Fəzilət Partiyasından 1999-da deputat seçilən ancaq vəzifəyə başlamadan deputatlığı ləğv edilən Kavakçı 13 may 1999 tarixli Nazirlər Kabinetinin qərarı ilə Türkiyə Respublikası vətəndaşlığından çıxarılmışdı.
Qeyd edək ki, Mərvə Səfa Kavakçı-İslam Fəzilət Partiyasından 18 aprel 1999 Türkiyə parlament seçkilərində İstanbuldan millət vəkili seçilib. 2 may 1999-da Türkiyə Böyük Millət Məclisində and içmə mərasiminə hicablı gəldiyi üçün məclisdən çıxarılıb. Daha sonra d Nazirlər Kabinetinin qərarı ilə ABŞ vətəndaşı olduğunu bildirmədiyi üçün vətəndaşlıqdan çıxardılıb.