
Həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayevin(Hacıhəsənli) məhkəməsi keçirilib.
Ahlibeyt.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə vəkil Cavad Cavadlı məlumat yayıb. S. Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sərdar Babayev barəsində əvvəlcə 37 gün həbs qətimkan tədbiri seçilib. Sonra onun barəsində Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) cinayət işi başlanıb və o, həbs edilib.