2 İyul, 2017
Ankarada İŞİD-in tamamilə məhv edilməsi barədə danışıqlar apardıq - ABŞ nümayəndəsi

ABŞ-ın İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Bret Makqurk Türkiyəyə səfəri ilə bağlı açıqlama verib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnew-un “Yenişafak”a istinadla verdiyi xəbərə əsasən, B.Makqurk Türkiyənin səlahiyyətli orqanlarının nümayəndələri ilə görüşü zamanı İŞİD-lə mübarizə və bu terror təşkilatının tamamilə məhv edilməsi yolları barədə müzakirələrin aparıldığını bildirib.

O, görüşlərin məzmunu barədə özünün “Twitter” səhifəsində yazıb: "İŞİD-i məğlub etmək və bir daha əsla geri qayıtmamasını təmin etmək məqsədilə atılacaq birgə addımları müzakirə etdik. NATO müttəfiqi Türkiyə ilə danışıqlar aparmaq üçün Ankarada olmaqdan məmnuniyyət duydum."

Bildirək ki, ABŞ-lı diplomat Ankarada Türkiyənin xarici işlər və müdafiə nazirliklərinin səlahiyyətliləri ilə görüşüb, Vaşinqton tərəfindən PYD-yə verilən ağır silahlar və Rakka əməliyyatı ilə bağlı nazirlik səlahiyyətlilərini məlumatlandırıb.

Makqurkun Rakka əməliyyatının gedişatı ilə bağlı hər həftə Türkiyəyə məlumat verəcəyi söylənilir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7133.html