
Başqırdıstan Respublikasının “Boevoy Slavı” milli muzeyində “İslam: Din və incəsənət” adlı sərgi təşkil olunub.
Ahlibeyt.az-ın Maide.az-a istinadən xəbər verir ki, sərgi iyul ayının 15-dək dəvam edəcək.
Sərgi Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyi və ölkənin Müsəlman İdarəsi tərəfindən təşkil olunub. Sərgidə müxtəlif rəssam və xəttatların əl işləri, eləcə də Quran ayələrinin xətt nümunələri sərgilənir.