1 İyul, 2017
Rusiya və Türkiyə prezidentləri Suriya böhranını müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən,bu barədə Ria agentliyi məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Astanadakı danışıqlar da nəzərə alınaraq, Suriyadakı böhranın həll edilməsi istiqamətindəki əsas aspektlər müzakirə edilib.

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Rusiya, Türkiyə və İranın rəhbərliyi ilə iyul ayının əvvəli Astanada baş tutacaq Suriya üzrə 5-ci Beynəlxalq Görüş də nəzərə alınaraq, Suriya böhranının həll edilməsi üzrə əsas aspektlərin müzakirəsi davam etdirilib.”, - deyə Kremlin mətbuat xidmətindən bildiriblər.

Dövlət başçıları yaxın gələcəkdəki növbəti əlaqələr barədə də razılığa gəliblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7130.html